Dəyişkən axınlı qurma hava damper
VAV – havalandırma və ventilyasiya sistemləri havalandırma sektoru texnologiyalarının ən dəqiq və sərfəli həlli yoludur.
Bu sistemlərdə otaq temperaturu üfürülən havanın temperaturunun tənzimlənməsi sayəsində deyil, üfürülmüş və tükənmiş hava kütlələrinin miqdarının tənzimlənməsi sayəsində kontrol edilir. Beləliklə, həm istilik, həm də hava axını sərfiyyatını azaltmaqla, işləmə xərclərində daha çox qənaətə nail olunur. VAV sisteminin qurğuları istismara verilməzdən əvvəl fabrikdə kalibrə edilir.
Bu, hava axınının maksimal və minimal sürətini dəqiq balanslaşdırır. VAV sistemləri yüksək sürət və yüksək təzyiqli kanal sistemləridir. Tələbatı qarşılamaq məqsədilə F-VAV (Dəyişkən hava axınlı) sistemi qurğuları düzbucaq və yuvarlaq formalı hazırlanır. Düzbucaq formalı sistemlərin hava tutumu yuvarlaq girişli F-VAV sistemi ilə müqayisədə daha çoxdur. F-VAV aqreqatları həm təkkanallı VAV-isitmə və soyutma sistemi, həm də dəyişən şərtlər daxilində CAV (Sabit hava axınlı) sistemləri üçün uyğun cihazlardır.
Nümunə olaraq, dəyişkən təzyiq rejimində sabit hava axını şəraitində işləyən HEPA filtrlərinin tətbiqini göstərmək olar.
F-VAV qurğuları axının sürətini ölçən sensorlarla təchiz edilib. Bu sensorlar təm ümumi, həm də statistik təzyiqi ölçür və göstəricilər arasındakı fərqə görə elektron qaydada hava axınını müəyyənləşdirir. Qurğular ikiqat və çoxzolaqlı sızdırmaz axına kontrol damperləri ilə təzhiz edilmişdir. F-VAV qurğuları iki əsas tipdə hazırlanır: F-VAV 1 – izolə edilmiş korpuslu, F-VAV 2 – izoləsizdir.
Kategoriyalar :
- Damper
