Havalandırma sistemləri
Havalandırma sistemləri hava mübadiləsini təmin edir ki, bunun nəticəsində də otaqdan istifadə olunmuş hava çıxır və təmiz havanın verilməsi təmin edilir. Komfortlu şəraitin əldə olunması üçün, pəncərə açmaqla otağın havasının dəyişdirilməsi kifayət deyil. Zəruri şərt təmiz havanın verilməsidir. Havalandırma sistemlərinin ahəngi maksimal nəticənin əldə olunmasına şərait yaradır. Şirkətin havalandırma sistemlərinin qurulmasında avadanlıq və aksesuarları dünyanın ən keyfiyyətli və qabaqcıl istehsalçılardan əldə edir. Mühəndislər tərəfindən istənilən növ ictimai obyektin ölçüləri götürülür və beynəlxalq normalara uyğun, maksimum qənaət edilərək layihələndirilir və icra olunur.
Havalandırma sistemləri qapalı məkanlarda zərərli maddələrin aradan qaldırılması və eləcə də oraya təmiz havanın vurulması üçün nəzərdə tutulmuşdur. Əlavə olaraq havalandırma sistemləri daxil olan havanın təmizlənməsini və isidilməsini təmin edir.İnsanların daha zəruri qəbul etdikləri kondisionerlərdən fərqli olaraq havalandırma sistemlərini istənilən lahiyyəli yaşayış binalarına və ofislərərə quraşdırmaq mümkündür. Beləki, qapalı məkanlarda və mənzillərdə oksigenin azalması halsızlıq və əmək fəaliyyətinin azalmasına səbəb olur və havanın ən az 1 saatlıq dövrlə dəyişdirilməsi tələb olunur. Buna görə də müasir şəraitdə havalandırma sistemləri optimal həyat və iş şəraitinin yaradılması üçün vacib amildir. Belə ki son illər havalandırma sistemlərinə olan tələblər əsaslı şəkildə dəyişməyə başlamışdır. İnsanlar öz sağlamlıqlarına daha məsuliyyətli yanaşır və həyat eləcədə iş şəraitlərinin ekoloji cəhətdən təmiz olmasına çalışır. Heç kim üçün sirr deyil ki, insanın sağlamlığı və əmək səmərəliliyi onun mövcud olduğu yerin atmosfer və iqlim şəraitindən birbaşa asılıdır. Bununla da müasir havalandırma sistemlərində yeni keyfiyyətin meydana çıxmasına zərurət yaranmışdır.
